Sumqayıtda avtobus motosikleti vurub. Sumqayıt24 bu haqda 29 iyul tarixində xəbər verir.
Qəza Heydər Əliyev və Sülh prospektlərinin kəsişməsində baş verib. Motosikletçi sola dönərkən qarşıdan gələn avtobusa yol verməyib, avtobus sürücüsü isə yolayrıcına işıqforun sarı işığında daxil olub.
Videogörüntüdən görünür ki, motosiklet sürücüsü öncə təhlükəsizlik adacığı ilə hərəkət edib və qarşısını görmədiyi halda anidən yolayrıcına çıxıb.
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2024/07/1722232741.mp4"][/video]