Sumqayıt Dövlət Universitetində (SDU) açıq qapı günləri təşkil olunub. Bu haqda 14 avqust tarixində Sumqayıt24 xəbər verir.
Ziyarətçilər həftəsonları istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək universitetin təhsil imkanları və tədris proqramları barədə geniş məlumat əldə edə bilərlər. Açıq qapı günləri avqustun 19-dək davam edəcək.