Sumqayıt Dövlət Universitetində (SDU) "Məzun günü" mərasimi keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, professor-müəllim heyəti, universitetin tərəfdaş qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.
"Məzun günü" mərasimində universitetin tələbələrinin hazırladığı rəngarəng bədii proqram təqdim olunub.