Sumqayıt Dövlət Universitetində tədbir keçirilib. Bu barədə 1 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunan “Vətənpərvərlik haradan başlayır?” adlı görüş universitetin Riyaziyyat fakültəsində baş tutub. Auditoriyada keçirilən tədbirə müəllim-tələbə kollektivi qatılıb.