Plan yerləri boş qalan universitetlərin adları açıqlanıb.
Modern.az xəbər verir ki, siyahıda Sumqayıt Dövlət Universiteti (SDU) də yer alıb. Ali təhsil müəssisəsində 191 yer boş qalıb.
Universitetlərin boş qalan yerləri üzrə ixtisas seçimi avqustun 28-də başlayır. Proses sentyabrın 2-dək internet üzərindən aparılacaq.