Sumqayıt Dövlət Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə 26 sentyabr tarixində SDU-ya istinadən xəbər veririk.
"ZƏFƏRƏ 44 GÜN QALA..." adlı tədbirə sözügedən təhsil müəssisəsinin müəllim və tələbə heyəti dəvət olunur. Bu gün saat 14:00-da baş tutacaq yığıncaq SDU-nun akt zalında keçiriləcək.
Tədbir Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçiriləcək.