top
SDU-nun alimləri Çində proqrama qoşulublar
09 iyun 2026, 16:58
- +

SDU-nun alimləri Çində proqrama qoşulublar

Sumqayıt Dövlət Universitetinin (SDU) Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri, dosent Tünzalə Babayeva və kafedranın dosenti Azadə Əliyeva Çin Xalq Respublikasının Heksi Universitetində keçirilən iki həftəlik elmi-tədqiqat mübadilə proqramında iştirak edirlər.

 

Sumqayit24.az xəbər verir ki, proqramın məqsədi beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat imkanlarının inkişaf etdirilməsi və müasir laboratoriya təcrübələrinin mənimsənilməsidir. Səfər çərçivəsində Heksi Universitetinin Kimya və kimya mühəndisliyi fakültəsinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüş keçirilib. Görüşdə Sumqayıt Dövlət Universitetində, xüsusilə Kimya mühəndisliyi və ekologiya kafedrasında aparılan elmi tədqiqat istiqamətləri təqdim olunub. 

 

Müzakirələr zamanı suyun fotoelektrokatalizi üçün fotoelektrod materiallarının hazırlanması, onların fiziki-kimyəvi və struktur xüsusiyyətlərinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar qarşı tərəfin xüsusi marağına səbəb olub.

 

Qeyd edilib ki, bu istiqamətdə aparılan araşdırmalar yaşıl hidrogen energetikasının inkişafı və ətraf mühitin mühafizəsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Torpaq və suvarma suları üzrə həyata keçirilən müasir tədqiqatlar da iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Mübadilə proqramı çərçivəsində Azərbaycanda sintez edilmiş və ilkin xüsusiyyətləri müəyyənləşdirilmiş materiallar üzərində dərin laborator analizlər aparılır. Tədqiqatlarda SEM (Scanning Electron Microscope), XRD (X-Ray Diffraction), FTIR (Fourier Transform Infrared Spectroscopy) və NMR (Nuclear Magnetic Resonance) kimi müasir elmi avadanlıqlardan istifadə olunur. Artıq Ag₈SnSe₆ maddəsinin SEM cihazında aparılan ilkin tədqiqatları uğurla başa çatdırılıb. Əldə olunan nəticələr materialın səth morfologiyası və mikrostruktur xüsusiyyətləri barədə mühüm elmi məlumatlar təqdim edib. Bu nəticələr fotoelektrod materiallarının tətbiq imkanlarının genişləndirilməsi və gələcək tədqiqatların inkişafı baxımından əhəmiyyətli hesab olunur.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər