Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşı “Yüksəliş” müsabiqəsinə qatılıb. Bu haqda 25 iyul tarixində Sumqayıt24 xəbər verir.
Prezident İlham Əliyevin Sərəncamı əsasında “Yüksəliş” müsabiqəsi keçirilib. Yarışın dördüncü mövsümünün yarımfinal və final mərhələlərində qiymətləndirici ekspert kimi ali təhsil müəssisəsinin Mühəndislik fakültəsinin Energetika kafedrasının müdiri dosent Xəyalə Əliquliyeva iştirak edib.