Sumqayıt Dövlət Universitetində (SDU) “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib. Sumqayıt24 bu haqda 6 may tarixində xəbər verir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yarış ali təhsil müəssisəsinin elmi kitabxanasında təşkil edilib. Burada SDU-nun 7 fakültəsinin və SDTK-nın tələbələrindən ibarət komandalar iştirak edib.
Bilik yarışında komandalar Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən sualları cavablandırıblar. Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və qiymətləndirilib.
Gərgin keçən bilik mübarizəsində qalib komandalar müəyyən edilib. Yarışın nəticələrinə əsasən: