Sumqayıt Dövlət Universitetinin (SDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “STP Polymer” MMC-yə ekskursiya keçirilib. Bu haqda 16 avqust tarixində Sumqayıt24 xəbər verir.
Təbiət elmləri fakültəsinin məzunu Anar Güllərlinin “Gənc Kimyaçılar!” layihəsi çərçivəsində iştirakçılar sənaye müəssisəsində olublar. Tələbələr Antikorroziya örtükləri zavodu və Kabel zavodunda müxtəlif polimer məhsulların istehsalı, polimer boru istehsalı sexləri, termoplast sexi, PVC profil sexləri və müxtəlif təyinatlı istehsal xətləri ilə tanış oldular.