Sumqayıtda fəaliyyət göstərən ali təhsil müəssisəsinin yataqxanasının aylıq ödənişi müəyyənləşib. Bu haqda 13 avqust tarixində Sumqayıt24 xəbər verir.
Cari tədris ilində Sumqayıt Dövlət Universitetinə (SDU) 500 və daha artıq balla qəbul olunan tələbələr yataqxanaya ödənişsiz yerləşdiriləcəklər. Bina 256 yerlikdir. Aylıq ödəniş 1 nəfər üçün 50 AZN təşkil edir.