Xəbər veriyimiz kimi, Sumqayıtın su təminatında mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına kimi müvəqqəti fasilə yaranacaq.
Sumqayit24.az-a daxil olan məlumata görə, "Stansiya Sumqayıt" kimi tanınan Şəfəq qəsəbəsində 2 gün suyun verilişində məhdudiyyət olacaq.
Həmçinin Sumqayıt şəhərinin Ceyranbatan və Xəzri bağları ərazilərində də 2 gün su təminatında məhdudiyyət olacaq.
***
Sumqayıtın bəzi ərazilərinin su təminatında mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına kimi müvəqqəti fasilə yaranacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması işləridir.