"Stansiya Sumqayıt" kimi tanınan Şəfəq qəsəbəsində avtobus dayanacağı ilə bağlı narahatlıq yaranıb.
Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, dayanacaq küləyin təsirinə tab gətirməyərək aşıb.
Vətəndaşları narahat edən əsas məqam isə hadisə zamanı dayanacağın yaxınlığında insanların ola bilmə ehtimalıdır. Onların sözlərinə görə, belə bir vəziyyət ciddi xəsarətlərə və hətta faciəyə səbəb ola bilərdi.
Sakinlər aidiyyəti qurumlara müraciət edərək dayanacağın daha möhkəm və təhlükəsizlik tələblərinə uyğun şəkildə quraşdırılmasını tələb edirlər.