STP Şirkətlər Qrupunda satış göstəriciləri artıb.
Sumqayıt24 xəbər verir ki, Qrupa daxil olan Alüminium Mis Profilləri Zavodu 2023-cü illə müqayisədə 2024-cü ildə bir sıra göstəricilər üzrə müsbət nəticələr əldə edib. Cari ildə daxili satış 1.6 dəfə, ixracat həcmi isə 4 dəfə artıb.
Sözügedən zavodda yüksək keyfiyyətli alüminium pəstahı və müxtəlif növ alüminium profillər istehsal edilir.