STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondu arasında qarşılıqlı əməkdaşlıq barəsində imzalanmış memorandum çərçivəsində "Zərif Mühəndislər" proqramı həyata keçirilib.
Layihə çərçivəsində qalib gələn 50 nəfər xanıma STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanı yaradılacaq. Təqaüdlə yanaşı mentorluq, təcrübə və təlim proqramları da nəzərdə tutulub.
İnkişaf proqramının məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə xanımların təhsilinə və onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.