Su kanalında batan 26 yaşlı qazi Abusət Əliyevin meyiti sudan çıxarılıb. Bu haqda 15 avqust tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, avqustun 9-da avtomobilin su kanalına düşməsi nəticəsində Vətən müharibəsi qazisi Abusət Əliyev batıb. Onun meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.