Sumqayıtda hakim vəzifəsindən azad ediləcək. Sumqayıt24 bu haqda 22 dekabr tarixində Apa.az-a istinadən xəbər verir.
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Müzakirə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələsi ətrafında olub. Layihəyə əsasən, Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərov (Cinayət Kollegiyasının sədri) Ali Məhkəmənin hakimi təyin olunacaq.
Həmçinin Şəki Apellyasiya Məhkəməsinin hakimi Ayaz Mahmudov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunacaqlar:
- Lalə Rəhimli - Bakı şəhər Xətai rayon məhkəməsinin hakimi;
- Gülnar Cabbarova - Bakı şəhər Qaradağ rayon məhkəməsinin hakimi;
- Azər İsmayılov - Sumqayıt şəhər məhkəməsinin hakimi;
- Almaz Süleymanova - Sumqayıt şəhər məhkəməsinin hakimi.
Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlər Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad ediləcəklər:
- Telman Quliyev (Mülki Kollegiyanın sədri);
- Gülnarə Tağızadə.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.