Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Xaçmazda vətəndaşlar ilə görüşüb. Bu barədə 30 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Sədr Tofiq Paşayevin qəbuluna Xaçmaz, Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar gəliblər. Onların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı hüquqi izah verilib.
Nəticədə müraciətlərin bir qismi yerindəcə həll olunub, digərlərinin isə çözüləcəyi vurğulanıb.
Səfər çərçivəsində Tofiq Paşayev Xaçmaz Rayon Məhkəməsinin hakimləri ilə müşavirə keçirib. Məhkəmənin qərarlarından verilmiş şikayətlərə baxılarkən ortaya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.