Sumqayıt Səyyar “ASAN xidmət” avtobusu Xırdalanda gəlir.
Sumqayıt24 xəbər verir ki, səyyar avtobus 2-13 sentyabr tarixlərində Abşeron Rayon Mədəniyyət Mərkəzinin qarşısında vətəndaşların xidmətində olacaq. Sakinlər sənəd qəbulu üçün həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) yaxınlaşa biləcəklər. Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçiriləcək.