Sumqayıt-Bakı yolunda yük avtomobilinin iştirakı ilə yol qəzası qeydə alınıb. Sumqayıt24 bu barədə 26 dekabr tarixində Apa.az-a istinadən xəbər verir.
“Mercedes” markalı minik avtomobili magistral yolun kənarında park edilmiş Emin Bağırovun idarə etdiyi “Ford” markalı yük maşınına çarpılıb.
Qəza nəticəsində E.Bağırov, minik avtomobilinin sürücüsü və sərnişini xəsarət alıblar. Hadisə yerinə YPX-nin əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.