top
Sumqayıt Bələdiyyəsindən sakinlərə: Vergiləri vaxtında ödəyin
13 aprel 2026, 10:07
- ↺ +

Sumqayıt Bələdiyyəsindən sakinlərə: "Vergiləri vaxtında ödəyin"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Bələdiyyəsi vergi ödənişləri ilə bağlı yaranan suallara cavab verib. 

 

Qurumun mətbuat katibi Nizami Rəsulov Sumqayit24.az-a açıqlamasında deyib ki, 

fiziki şəxslərin əmlak vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq hesablanır və bələdiyyələr tərəfindən toplanır:

 

"Verginin hesablanmasına gəldikdə, yaşayış sahəsinin ilk 30 kvadratmetri üçün dövlət tərəfindən güzəşt tətbiq olunur və həmin hissəyə görə vergi tutulmur. 30 kvadratmetrdən artıq olan sahə üçün isə hər kvadratmetrə görə 0,30 manat məbləğində vergi hesablanır. Qanunvericiliyə uyğun olaraq bəzi kateqoriyalara əlavə güzəştlər də tətbiq edilir. Belə ki, pensiyaçılar, eləcə də qanunla müəyyən edilmiş digər şəxslər üçün 30 manat məbləğində azadolma nəzərdə tutulur. Lakin əmlak kirayəyə verildikdə və ya sahibkarlıq (kommersiya) məqsədilə istifadə olunduqda bu güzəştlər tətbiq edilmir.

 

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri də qanunvericiliklə müəyyən olunub. Əmlak və torpaq vergisi üzrə ödənişlər 15 noyabr tarixinədək həyata keçirilməlidir. Həmin tarixədək ödəniş aparılmadıqda, yaranmış vergi borcuna görə hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləği hesablanır.

 

Vergi borcu ödənilmədikdə isə məsələ İnzibati icraat haqqında Qanun-a uyğun olaraq inzibati icraat mərhələsinə keçir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür. Vergi borcu uzun müddət ödənilmədikdə isə məsələ inzibati icraat mərhələsinə keçir. Bu zaman bələdiyyə tərəfindən borclu şəxsə rəsmi bildiriş göndərilir və borcun könüllü qaydada ödənilməsi tələb olunur.Əgər borc yenə də ödənilməzsə, "İnzibati icraat haqqında" Qanuna uyğun olaraq məcburi icra tədbirlərinə başlanılır. Bu tədbirlərə aşağıdakılar daxildir:

 

- borcun məhkəmə qaydasında tələb edilməsi;

- icra sənədi əsasında borcun məcburi tutulması;

- borclunun bank hesablarına yönəlmə;

- əmək haqqından və digər gəlirlərdən tutulmalar;

- zəruri hallarda əmlaka yönəlmiş icra tədbirləri.

 

Bu səbəbdən vətəndaşların vergi öhdəliklərini vaxtında yerinə yetirməsi həm əlavə faizlərin yaranmaması, həm də hüquqi məsuliyyətə cəlb olunmamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Vətəndaşlara tövsiyə olunur ki, əlavə maliyyə öhdəlikləri və hüquqi məsuliyyət yaranmaması üçün vergi ödənişlərini müəyyən olunmuş müddətlərdə həyata keçirsinlər…"



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
23 oktyabr 2026, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Oxşar xəbərlər