Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli yol qəzasından 6 il ötür.
Hadisə 9 mart 2017-ci ildə baş vermişdir. SDU-nun tələbələrini daşıyan mikroavtobus Sumqayıt – Bakı yolunda “Zil”ə çarpılmış, qəza nəticəsində İbrahim Quliyev, Rəşad Caniyev, İbrahim Nəsibov, Roza Muradova, Çinarə Quliyeva və Lalə Nəsirzadə dünyalarını dəyişmişdilər.