"Ayın qolu" layihəsində aprel ayının qalibləri müəyyənləşib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında Nikola Ninkoviç ("Sumqayıt") , I Liqada Seyxan Fərəcov ("Şəki Siti") və II Liqada Rəsul İbrahimov ("Şəki Siti") birinci olub.