Sumqayıt Kimya Sənaye Parkında yeni məhsul istehsalına dair memorandum imzalanıb. Bu haqda 30 iyul tarixində Sumqayıt24 İZİA-ya istinadən məlumat verir.
Memorandum İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Rusiyanın “Himtek Engineering” ASC arasında imzalanıb.
Sənədə əsasən, ASC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində kimyəvi məhsulların istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. 100 milyon dollarlıq (ABŞ) layihənin reallaşacağı təqdirdə müəssisədə 100 nəfərlik daimi iş yeri yaradılacaq.
İllik istehsal gücü 15 min ton təşkil edəcək müəssisədə istehsal olunacaq məhsulların Azərbaycanla yanaşı, Rusiyaya ixrac edilməsi planlaşdırılır.