Sumqayıtda "Gənclik kuboku" adlı Xəmsə formatında intellektual çempionat keçirilib.
Sumqayıt24 xəbər verir ki, Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə həsr edilmiş bilik yarışında 8 komanda iştirak edib.
Gərgin keçən mübarizənin yekununda Sumqayıt Gənclər Evinin "Delta" komandası I yerə, Qızıl Aypara Cəmiyyətinin "Aypara" komandası II yerə, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin "Eko 5-lik" komandası isə III yerə layiq görülüb.
Qalib komandalar sentyabr ayında Abşeron-Xızı regionu üzrə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.