“Şən Gənc” televiziya layihəsinin 2023-2024-cü illər mövsümünə yekun vurulub.
Sumqayıt24 Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, layihədə Gənclər Evi sosial xidmət müəssisələrini təmsil edən 32 komanda mübarizə aparıb. Yekunda 5 komanda (Qaradağ, Lənkəran, Sumqayıt, Qobustan, Göygöl Gənclər Evləri) layihənin final mərhələsinə vəsiqə qazanıb.
Nəticələrə əsasən, Göygöl Gənclər Evi birinci, Qobustan və Sumqayıt Gənclər Evi sosial xidmət müəssisələrini təmsil edən komandalar ikinci və üçüncü yerlərə layiq görülüb.