Sumqayıt Dövlət Universitetində (SDU) “Bu günün şagirdi, sabahın alimi” devizi altında fizika olimpiadası keçirilib. Sumqayıt24 bu haqda 6 may tarixində xəbər verir.
Fizika və elektroenergetika fakültəsinin təşkil etdiyi yarışa 34 məktəbdən 120 nəfər 9-11-ci sinif şagirdi qatılıb. Hər sinif üzrə iştirakçılara universitet alimlərinin hazırladıqları açıq tipli 5 məsələ təqdim edilib.
Qaliblərə diplom və mükafatlar, fərqlənən iştirakçılara isə həvəsləndirici diplomlar veriləcək.