Sumqayıt gəncləri beynəlxalq yarışda uğurla çıxış ediblər.
Sumqayit24.az xəbər verir ki, İtaliyanın Roma şəhərində "Fibonacci” - Beynəlxalq Dünya Robot Olimpiadası keçirilib. Yarışda iştirak edən Sumqayıt şəhər İstedad liseyinin şagirdləri Fərid Mahmudzadə, Orxan Vəliyev və Ömər Əmiraslanov ("Creators" komandası) final mərhələsinə yüksələrək münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Qeyd edək ki, olimpiada 22-23 noyabr tarixlərində baş tutub.