Sumqayıtda fəaliyyət göstərən şirkətin təşkilati-hüquqi forması dəyişir. Bu haqda 19 avqust tarixində Sumqayıt24 İqtisadiyyat.az-a istinadən xəbər verir.
"Sumqayıt" Mənzil Tikinti Kooperativi (MTK) artıq Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.
MTK 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi tanınmış iş adamı Aslan Manafovdur.