Sumqayıtda istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar utilizasiya edilib. Bu barədə 4 oktyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər veririk.
Proses “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda aparılıb. “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 200 kq olan dəniz məhsulları və alkoqolsuz içkilər məhv edilib.