Sumqayıtda şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir. Sumqayıt24 bu barədə 14 sentyabr tarixində məlumat verir.
Azərbaycan-Ermənistan sərhədində erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində həlak olmuş 19 yaşlı şəhidimizin nəşi ailəsinə təhvil verilib. Vida mərasimi şəhidin yaşadığı 42-ci məhəllədə keçirilir. Burada şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak edirlər.
Muradov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.