Xəzərin Sumqayıt sahilində iməcilik aksiyası keçirilib.
Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, “Təmiz ölkəm” devizi altında təşkil olunan aksiyaya nazirliyin, “SOCAR Polymer” zavodunun əməkdaşları və ekokönüllülər qatılıblar. İməcilik zamanı sahil zolağı 300 kiloqrama yaxın tullantıdan təmizlənib.