Sumqayıt sakinləri “Relax" istirahət mərkəzində zəhərləniblər. Sumqayıt24 bu haqda bu gün, 21 iyul tarixində Bakupost.az-a istinadən xəbər verir.
Hadisə iyulun 19-u günorta saatlarında Lerikdə yerləşən obyektdə baş verib. 13 nəfərdən ibarət qrup "Relax" istirahət mərkəzində nahar edib, əylənib. Nahardan sonra vətəndaşlar özlərini pis hiss ediblər, Sumqayıta geri qayıtmaq qərarına gəliblər.
Vəziyyətləri pisləşən 10 nəfər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara zəhərlənmə diaqnozu qoyulub və müalicə proseduru tətbiq edilib.
“300 manat girişə, 350 manat isə yeməyə xərcimiz çıxıb. Görünür, bizə köhnə yeməklər veriblər. Ölümdən döndük”, - deyə ailələrdən birinin başçısı Emin Şirinov bilirib.
Onun sözlərinə görə, zəhərlənənlər arasında azyaşlılar da olub. Şirinov, həmçinin bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcək.