Sumqayıtda yaşayış massivlərindən birində yaranan vəziyyət sakinlərin narahatlığına səbəb olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, "Mero" kimi tanınan ərazinin yaxınlığında intensiv yağan yağışların yaratdığı problemlər hələ də aradan qaldırılmayıb. Belə ki, ərazidə toplanan sular səbəbindən yollar keçilməz vəziyyətə düşüb.
Sakinlərin sözlərinə görə, yaranmış vəziyyət gündəlik həyatda ciddi çətinliklər yaradır:
"Uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər. Avtobuslar suyun içindən keçdiyi üçün tez-tez nasaz vəziyyətdə yolda qalır.
Bundan əlavə, insanlar məcbur qalıb rezin çəkmələrlə hərəkət edirlər. Su getdikcə artır. Bəzi sakinlər istifadə etdikləri çirkab suları, o cümlədən şambo sularını da çölə axıdırlar ki, bu da vəziyyəti daha da ağırlaşdırır".
Vətəndaşlar aidiyyəti qurumlardan problemə əlac tapılmasını xahiş edirlər.