Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyunun 12-də saat 15:00-da Sumqayıtda şəhərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, ictimai dinləmədə iştirak etmək istəyənlər DSMF-nin Sumqayıt şəhərində yerləşən Abşeron-Xızı Regional Filialına yaxınlaşıb, eləcə də fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər.