Sumqayıt şəhərinin bəzi ərazilərində suyun verilişində məhdudiyyət yaranıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, məhdudiyyət 17-ci mikrorayon və "Daş bazarı" kimi tanınan ərazini əhatə edir.
Bildirilib ki, 17-ci mikrorayonda aparılan təmir işləri ilə əlaqədar olaraq əhaliyə əvvəlcədən xəbərdarlıq edilmədən suyun verilişi dayandırılıb.
Suyun verilişinin saat 17:00-dan sonra bərpa olunacağı qeyd olunub.