top
Sumqayıt tələbə şəhərinə çevrilə bilər?
15 may 2026, 09:08
- +

Sumqayıt tələbə şəhərinə çevrilə bilər?

Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Sumqayıt təhsil potensialı baxımından da diqqət çəkir. Şəhərin coğrafi mövqeyi və ali təhsil müəssisələri üçün əlverişli imkanları fonunda Sumqayıtın gələcəkdə tələbə şəhərciyi modelinə çevrilməsi müzakirə olunur.

Bəs Sumqayıtı Azərbaycanın yeni tələbə şəhərinə çevirmək mümkündürmü?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Sumqayıtın tələbə şəhərinə çevrilməsi üçün real imkanlar mövcuddur:

"Xüsusilə də Sumqayıtın sənaye şəhəri kimi formalaşması mühəndisyönümlü ixtisasların bu şəhərə köçürülməsini çox yaxşı addıma çevirə bilər. Məsələn, Türkiyədə Eskişehir buna uğurlu nümunədir. Həmin şəhər demək olar ki, tələbə şəhərciyi hesab edilir. Bizdə də universitetlərin bir qismini Sumqayıta köçürərək şəhəri tələbə mərkəzi kimi formalaşdırmaq mümkündür".

Ekspertin sözlərinə görə, şəhərin sənaye infrastrukturu tələbələrin praktiki bilik qazanmasına da geniş imkan yaradar:

"Bir çox mühəndislik ixtisasları üzrə tələbələrin təcrübə proqramlarında iştirakı daha rahat təşkil oluna bilər. Çünki Sumqayıtda zavodlar, fabriklər və sənaye müəssisələri fəaliyyət göstərir. Bu da tələbələrin nəzəri biliklərini praktikada tətbiq etməsinə müsbət təsir göstərər.

Texniki, memarlıq və inşaat yönümlü universitetlərin, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi ali təhsil müəssisələrinin müəyyən fakültələrinin Sumqayıtda yerləşməsi həm şəhərin inkişafına, həm də təhsil-sənaye əməkdaşlığının güclənməsinə səbəb olar".

Ekspert hesab edir ki, belə bir model gələcəkdə Sumqayıtın yalnız sənaye deyil, həm də elm və innovasiya mərkəzi kimi formalaşmasına şərait yaradacaq.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər