Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxovanın rəhbərliyi ilə iclas keçirilib. Bu barədə 21 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Müşavirə şəhid ailələri və qazilərlə görülən işlərə həsr olunub. Burada Mərkəzə tabe tibb müəssisələrinin rəhbərləri və inzibati heyəti iştirak ediblər. Çıxış edən Səkinə Sadıxova bildirib ki, şəhid ailələri və qazilərin müayinə və müalicələrinin təşkili istiqamətində zəruri addımlar atılır.
Gələcəkdə bu istiqamətdə görüləcək işlərlə bağlı ASM-lərin baş həkimlərinə, tibb müəssisələrinin əməkdaşlarına, qazilərlə iş üzrə koordinasiya bölümünə müvafiq tapşırıqlar verilib.
Bundan əlavə, baş həkimlərə şəhid ailələrinə və qazilərə göstərilən xidmətlə bağlı hər ay hesabatların verilməsi tapşırılıb.