Sumqayıt Tibb Mərkəzi (STM) tibb müəssisəsində yaranmış sıxlıqda bağlı açıqlama verib. Bu haqda 31 iyul tarixində Sumqayıt24 xəbər verir.
Sağlamlıq haqqında arayış əldə etmək üçün sakinlər 5 saylı Uşaq Poliklinikasında saatlarla növbədə gözləməli olurlar.
Məsələ ilə bağlı STM-in ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı bildirib ki, hazırda sağlamlıq haqqında arayışla bağlı müraciətlərin sayı artıb. Bu isə məktəb, məktəbəqədər müəssisələrə və bağçalara qəbulla əlaqədardır. Qeyd edib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.