Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Aytac Rzazadə mükafatlandırılıb.
Sumqayit24.az xəbər verir ki, Aytac Rzazadə tibbi xidmətin təşkilində səmərəli fəaliyyətinə görə Fəxri fərmanla təltif edilib. Mükafat Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru E. Azadxanov tərəfindən təqdim edilib.
E. Azadxanov həkimi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.