Sumqayıt şəhəri bəzədilir.
Sumqayıt24 xəbər verir ki, noyabrın 22-də “Gənclik” şəhərinin 75 yaşı tamam olur. Qarşıdan gələn yubiley münasibətilə Sumqayıtımızın bir sıra küçə və parklarına bəzək işıqları quraşdırılıb. Həmçinin binaların, obyektlərin və marşrut avtobuslarının üzərinə “75” yazısı vurulub.