Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, yaxın saatlarda Sumqayıt şəhərinin də yerləşdiyi Abşeron yarımadasında qısamüddətli leysan yağışla birlikdə dolu prosesinin olacağı ehtimal olunur.
Qeyd edək ki, iyunun 27-28-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib.