Sumqayıt poliqonunda 14 tona yaxın məhsul məhv edilib. Sumqayıt24 bu barədə 17 oktyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Utilizasiya “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus poliqonda həyata keçirilib. “AZ FP CO LTD” MMC-yə məxsus istehlaka yararsız və istifadə müddəti bitmiş 69 adda, 13.909 kiloqram müxtəlif növ süd məhsulları məhv edilib.