Sumqayıtda kütləvi dava olub.
Sumqayıt24 Den.az-a istinadən xəbər verir ki, hadisə Sülh küçəsində, 2-ci mikrorayon ərazisində baş verib. Belə ki, 4 nəfər arasında düşən dava ikisinin bıçaqlanması ilə nəticələnib. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Cinayəti törədən şəxslər ərazidən qaçıblar.
Onların müəyyən edilərək saxlanılması istiqamətində işlər aparılır.