Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 1-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 10-15°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm-ə yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 50-55% təşkil edəcək.