Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda 13 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə binanın 2-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 62 kvadratmetr olan 3 otağlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və mebel 1 p.m yanıb. Alov söndürülüb.