Milli Hidrometeorologiya Xidməti sabaha olan proqnozu açıqlayıb. Sumqayıt24 bu haqda 15 iyul tarixində xəbər verir.
Sumqayıtda iyulun 16-da havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyini gündüz şimal-qərb küləyi əvəzləyəcək. Temperatur gecə 20-25°, gündüz isə 33-38° isti olacaq.
Atmosfer təzyiqi normadan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% təşkil edəcək.