2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb və bu göstərici hər 100 min diri doğulana 27,1 təşkil edib.
Modern.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeydə alınan 26 halın 10-u şəhər, 16-sı isə kənd yerlərində baş verib. Abşeron-Xızı iqtisadi rayonunda cəmi 1 belə hal qeydə alınıb və bu hadisə Sumqayıt şəhərində yaşanıb.