Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, "Toyota" markalı minik avtomobilinin sürücüsü yolu keçən qadını vurub.
Qadın dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Şəmistan Fikrətli