top
Sumqayıtda baş verən qətllər sosial xarakter daşıyır - Psixoloqdan xəbərdarlıq
26 may 2026, 13:50
- ↺ +

"Sumqayıtda baş verən qətllər sosial xarakter daşıyır" - Psixoloqdan xəbərdarlıq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda qadınlara qarşı zorakılıq və qətl halları demək olar ki, davamlı hala çevrilib. Xüsusilə boşanma ərəfəsində olan və ya münasibəti bitirmək istəyən qadınların həyatına son qoyulması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Son belə faciəvi hadisə Kürdəmir rayonunda qeydə alınıb. 21 yaşlı Lamiyə Bəşirova əri tərəfindən qətlə yetirilib. İddialara görə, boşanmaq üzrə olan gənc qadın marketdə işləməyə başladığı üçün həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb. Cütlük 2024-cü ildə ailə qurmuşdu və onların yaşyarımlıq övladı var.

Bu, son aylarda qeydə alınan ilk belə hadisə deyil. Təkcə 2026-cı ilin əvvəlindən etibarən ölkənin müxtəlif bölgələrində qadınların ərləri, keçmiş həyat yoldaşları, sevgililəri, oğulları və digər yaxınları tərəfindən öldürüldüyü çox sayda hadisələr qeydə alınıb. Göyçay, Ağcabədi, Bakı, Abşeron, Sumqayıt, Lənkəran və digər bölgələrdə baş verən qətllər artıq problemin fərdi deyil, sosial xarakter daşıdığını göstərir.

Mütəxəssislər hesab edir ki, qadınlara qarşı bu cür aqressiyanın arxasında qısqanclıq, nəzarət etmək istəyi, patriarxal düşüncə, "sahiblik" psixologiyası, emosional idarəetmə problemi və boşanmanı qəbul edə bilməmək kimi amillər dayanır. Bəs belə aqressiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: 

"Təəssüfləndirici haldır. Amma artıq təkcə təəssüf etməklə problemi həll etmək mümkün deyil. Azərbaycanda qadın qətlləri, xüsusilə boşanma mərhələsində baş verən cinayətlər təsadüfi hadisə yox, uzun illərdir formalaşmış zəhərli münasibət modelinin nəticəsidir. Cəmiyyətimizdə sağlam cütlük münasibətləri, emosional savad və qarşılıqlı hörmət anlayışı ciddi şəkildə çatışmır. Bir çox insan evliliyi tərəfdaşlıq kimi deyil, nəzarət və sahiblik kimi qəbul edir.

Boşanma proseslərində bəzi qadınların emosional manipulyasiya, uşağı qarşı tərəf əleyhinə vasitəyə çevirmək, qəsdən təhrik etmək, maddi və ya psixoloji təzyiq göstərmək kimi davranışları olur. Uşağın ata ilə münasibətinə mane olmaq, şəxsi konfliktləri övlad üzərindən davam etdirmək, sosial rüsvayçılıq yaratmağa çalışmaq da münasibətləri daha gərgin hala gətirir. Bu davranışlar heç vaxt zorakılığa və ya qətlə bəraət qazandırmır. Sağlam boşanma mədəniyyəti olmayan cəmiyyətlərdə tərəflər ayrılığı hüquqi proses kimi deyil, şəxsi müharibə kimi yaşayırlar".

Psixoloqa görə, Azərbaycanda boşanma mədəniyyəti demək olar ki, yoxdur: 

"İnsanlar ayrılığı normal həyat qərarı kimi deyil, düşmənçilik kimi yaşayırlar. Bəzi kişilər uşağı, alimenti və ya "namus" anlayışını qadına qarşı təzyiq vasitəsinə çevirirlər. Digər tərəfdən, bəzi qadınlar da boşanmadan sonra qarşı tərəfi cəzalandırmaq üçün uşağı münasibət alətinə çevirir, kin və emosional intiqam hissi ilə hərəkət edirlər. Nəticədə tərəflər arasında düşmənçilik dərinləşir və ən çox zərəri uşaqlar görür. Əgər insan emosional olaraq sağlam deyilsə, bu gərginlik cinayətlə nəticələnir".

Rövşən Nəcəfov qeyd edir ki, evlilikdən əvvəl psixoloji uyğunluğun dəyərləndirilməsi vacibdir: 

"İnsan yalnız sevgiyə görə deyil, xarakterinə, aqressiya idarəsinə, qadına münasibətinə, konflikt həll etmə bacarığına görə tanınmalıdır. Çünki insan böyüdüyü mühitin məhsuludur. Zorakılığın, alçaltmanın və hökmranlığın normal sayıldığı ailədə böyüyən biri, çox vaxt bunu münasibətlərdə təkrar edir. Ortada cinayət varsa, hüquqi məsuliyyət əlbəttə, birbaşa cinayəti törədən şəxsin üzərindədir və heç bir səbəb qətli haqq qazandıra bilməz. Amma psixoloji və sosial baxımdan məsələ daha genişdir. Burada ailə modeli, cəmiyyətin qadına münasibəti, boşanmaya baxış, hüquq-mühafizə sisteminin preventiv reaksiyası və zorakılığın vaxtında ciddiyə alınmaması da rol oynayır".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər